ABŞ prezidenti Donald Tramp hər il olduğu kimi bu il də Yeni ili Floridadakı malikanəsində dəbdəbəli bir ziyafətlə qeyd edib.
Referans Media xəbər verir ki, həyat yoldaşı Melaniya Trampla birgə Palm Biçdəki Mar-a-Lago malikanələrində ziyafət verən Tramp 2026-cı il üçün arzusunu dilə gətirib.
Özünü “sülh prezidenti” adlandıran Tramp, builki arzusunun “dünyada sülh” olduğunu bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu və həyat yoldaşının da qatıldığı gecədə hərrac da təşkil olunub.
Rəssam Vanessa Horabuena səhnəyə çıxaraq qonaqların qarşısında 10 dəqiqə ərzində İsanın portretini çəkib. Bu rəsm əsəri 100 min dollardan başlayan qiymətlərlə hərraca çıxarılıb və 2,75 milyon dollara satılıb.//publika.az
