Trampın 28 bəndlik planı fiaskoya uğradı: Nə baş verir?

Cenevrə danışıqlarından sonra orijinal 28 bəndlik sülh planı əhəmiyyətli dərəcədə yenidən işlənib.

Referans Media xəbər verir ki, bunu Ukrayna Prezidenti ofisi rəhbərinin müşaviri Aleksandr Bevz deyib.

O bildirib ki, Ukrayna təklif olunan planın hər bir bəndini ABŞ-la müzakirə edib.

“28 bəndlik plan artıq mövcud deyil. Bəzi bəndlər çıxarılıb, digərləri dəyişdirilib. Ukrayna tərəfindən heç bir şərh cavabsız qalmayıb”, – Bevz sosial şəbəkə hesabında yazıb.

Ofis rəhbərinin müşaviri əlavə edib ki, görüş faktiki nəticələrdən daha çox sui-qəsd nəzəriyyələri ilə əhatə olunub və manipulyasiya cəhdlərinə baxmayaraq danışıqların konstruktiv alınıb./globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki