ABŞ Prezidenti Donald Trampın Davos forumuna uçan təyyarəsi texniki nasazlıq səbəbindən geri dönür.
Referans Media xəbər verir ki, təyyarədə problem aşkarlanıb və o, ABŞ-a, Andrews Hərbi Hava Bazasına qayıdacaq. Prezident isə İsveçrədəki forumda iştirak etmək üçün başqa təyyarə ilə səfər edəcək.
Tramp jurnalistlərə deyib: “Bu maraqlı səfər olacaq, baş verəcəklərdən heç bir təsəvvürüm yoxdur”, lakin uğur qazanacağına əminliyini ifadə edib.
Davosda keçiriləcək Dünya İqtisadi Forumunda ABŞ Prezidenti dünya liderləri ilə görüşlər keçirəcək və çıxış edəcək. Görüşlər çərçivəsində, o cümlədən, Qrinlandiya məsələləri müzakirə olunacaq. Forum 19–23 yanvar tarixlərində İsveçrənin Davos şəhərində baş tutacaq və 60-dan çox dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə naziri, həmçinin 800-dən çox yüksək səviyyəli menecer iştirak edəcək.
