“İranla danışıqlar ümumilikdə 21 saat davam edib”.
Referans Media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens deyib.
“Dialoq konkret və məzmunlu olub. Biz Prezident Donald Trampla daim danışırdıq. Son 21 saat ərzində onunla neçə dəfə danışdığımızı bilmirəm — bəlkə altı, bəlkə on iki dəfə”, — deyə o bildirib.
Vens qeyd eidb ki, Tehran nüvə silahı hazırlamamaq öhdəliyi götürəcək.
“Məsələnin mahiyyəti sadədir: iranlılar tərəfindən nüvə silahı hazırlamamaq barədə prinsipial öhdəlik görürükmü?” — deyə Vens əsas məqsədi açıqlayıb./Globalinfo.az























