Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş avqustun 15-i, Moskva vaxtı ilə saat 22:30-da (Bakı vaxtı ilə 23:30) başlayacaq.
Referans xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakov bildirib ki, görüşə hazırlıq demək olar ki, başa çatıb və vizaların verilməsi də daxil olmaqla bir çox məsələlər həll olunub. İki dövlət başçısının əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olacaq(Milli.Az)
