Yeni araşdırmaya görə, şiddətli oynaq ağrılarına səbəb olan çikungunya virusu artıq Avropanın geniş hissəsində ağcaqanadlar vasitəsilə yayıla bilir. İqlim dəyişikliyi və Asiya pələng ağcaqanadının yayılması xəstəliyin cənub ölkələrində daha uzun müddət aktiv qalmasına şərait yaradır.
Referans Media xəbər verir ki, alimlər yoluxma üçün tələb olunan minimum temperaturun əvvəlki hesablamalardan daha aşağı olduğunu müəyyən ediblər. Bu isə virusun daha geniş ərazilərə yayılacağı deməkdir.
2025-ci ildə Fransa və İtaliyada yoluxma halları kəskin artıb. Xəstəlik xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəlidir və bəzi hallarda uzunmüddətli oynaq ağrılarına səbəb olur.
Mütəxəssislər durğun suların aradan qaldırılması və qoruyucu tədbirlərin gücləndirilməsini tövsiyə edirlər.
Gülnaz Abdullazadə.
