Türk lirəsi rekord səviyyədə UCUZLAŞDI

   Türkiyə lirəsi rekord həddə ucuzlaşıb.

Referans.az   xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Lirə 0,2 faiz ucuzlaşaraq 1 dollar üçün 41,95 olub. Bildirilir ki, ilin əvvəlindən bu günədək isə dəyər 16 faiz azalıb və ardıcıl 15 həftədir ki, durmadan aşağı düşür.

“Lirənin çökməsi təəccüblü deyil – 2023-cü ildən bəri valyuta demək olar ki, hər gün ABŞ dolları qarşısında orta hesabla tarixi minimuma çatıb. İnvestorlar üçün iki şey vacibdir: birincisi, mərkəzi bankın valyutanın nizamlı şəkildə ucuzlaşması üçün kifayət qədər ehtiyata malik olub-olmaması; ikincisi, bu ucuzlaşmanın sürəti”, – deyə “East Portfolio” Qrupunun baş məsləhətçisi Emre Akçak bildirib

Qeyd edək ki, İstanbul Birjasının bir gündə iki dəfə ticarəti dayandırdığı bildirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki