Türk serialında Azərbaycanla bağlı səhnə narazılıq yaratdı – VİDEO

  Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında Azərbaycan dilinə hörmətsizlik edildiyi iddia olunur.

Bununla bağlı sosial mediada istifadəçilər paylaşım edərək etirazlarını bildiriblər.

Qeyd edək ki, “Kızılcık Şerbeti”nin yeni mövsümünün ilk bölümü həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb.

Bir çox izləyici serialdan təqdim etdiyimiz səhnədəki dialoqu Azərbaycan dilinə hörmətsizlik kimi qiymətləndirib.

Belə ki, azərbaycanlı rolunu canlandıran aktyor dialoq zamanı dilimizdəki “doğrudanmı” sözündən istifadə edərkən, Asil rolunu oynayan Erkan Avcı ona istehzalı şəkildə “gerçektenmi, həqiqətənmi” kimi sözlər işlətməyin daha doğru olduğunu deyib.

Bundan başqa, o, “nəcəsiniz? yaxşıdırlarmı?” kimi ifadələrinə də istehza ilə cavab verib.//Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki