Türkiyə Ermənistanla sərhədini seçkilər öncəsi AÇA BİLƏR

Türkiyə qarşıdakı altı ay ərzində Ermənistanla quru sərhədini açmağı, Avropanın Soyuq Müharibə dövründəki sonuncu sərhəd bağlanmasına son qoymağı və Cənubi Qafqazda ticarətin bərpasına yol açmağı düşünür.

Referans Media  xəbər verir ki, bu barədə “Bloomberg” mənbələri məlumat yayıb.

Azərbaycanla diplomatik sıçrayış və Türkiyə ilə potensial sərhədlərin açılması Ermənistanın baş naziri Nikol Paşinyana 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində böyük siyasi təkan verə bilər.

Həmsöhbətlər əlavə edirlər ki, yalnız belə razılaşmalar əldə edildikdən sonra Türkiyə Ermənistana səfir təyin edə və ölkələr arasında diplomatik münasibətləri tam bərpa edə bilər./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki