Türkiyədə narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinən şəxslərə qarşı əməliyyatlar davam edir.
Referans Media xəbər verir ki, dekabrın 28-də şəhər saatlarında keçirilən əməliyyat zamanı 20-dən çox tanınmış şəxs saxlanılıb. Onların arasında Türkiyə gözəli Busə İskəndəroğlu da var.
Qeyd edək ki, Busə İskəndəroğlu 1997-ci ildə Yalovada anadan olub. O, 2016-ci ildə Türkiyə gözəli seçilib.
28 yaşlı Busə bir neçə ildi model kimi fəaliyyət göstərir. Türkiyə gözəli ölkəsini tez-tez beynəlxalq platformalarda təmsil edir./mətbuat.az























