Ankara mərkəzli olaraq İstanbul, Eskişehir, Kocaeli və Kırşehir şəhərlərində əməliyyat keçirilib.
Referans Media xəbər verir ki, əməliyyat Ankara Respublika Prokurorluğu koordinasiyasında həyata keçirilib. Araşdırmalar nəticəsində 2021–2026-cı illərdə yaşayış yerləri, iş yerləri, anbarlar, tikinti sahələri və avtomobillərdə törədilmiş 87 oğurluq və 3-ü quldurluq olmaqla 56 şübhəli şəxs müəyyən edilib.
Qrupun 19 üzvü artıq həbsdədir. Əməliyyat çərçivəsində 37 şübhəli şəxs saxlanılıb. Eyni zamanda, 37 yaşayış ünvanına və 35 avtomobildə reydlər həyata keçirilib.
Bu əməliyyat Türkiyədə təşkil olunmuş cinayət qruplarına qarşı həyata keçirilən ciddi tədbirlərdən biridir.
