Türkiyə onu təcili Bakıya göndərdi – Mühüm səbəb

  Türkiyənin xarici işlər naziri Hakan Fidanın müavini Ayşə Berris Ekincini Bakıya göndərməsi səbəbsiz deyil. Şuşa Bəyannaməsindən irəli gələrək iki dövlət arasında məsləhətləşmələrə ehtiyac var.

Referans.az   xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Birincisi, Azərbaycanla Ermənistan arasında dialoq getdikcə genişlənib, tranzit yüklər Azərbaycandan keçməklə Ermənistana çatdırılacaq. Baş nazir Nikol Paşinyan da öz növbəsində Azərbaycan və Türkiyəyə Ermənistan ərazisindən yükləri daşımağı təklif edib. Deməli, bu mövzu Bakı ilə Ankara arasında müzakirə olunmalı, birgə addımlar atılmalıdır. İkincisi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanı gələn ilin yazında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət etdiklərini bildirib. Bu dəvətə necə cavab veriləcəyinə də Bakı və Ankara birgə qərar verməlidir. Bunların fonunda Türkiyə Ermənistanla sərhədi açacaqmı və bu ölkə ilə diplomatik münasibətləri bərpa edəcəkmi, yoxsa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləyəcək? Bakı bu sualın cavabını Ankaradan eşitmək istəyər”, – politoloq vurğulayıb.

E.Şahinoğlunun fikrincə, Türkiyə xarici işlər nazirinin müavininin Bakıda müzakirə edəcəyi digər mövzu Qəzza ilə əlaqəli ola bilər:  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki