Türkiyə ilə İslandiya arasında diplomatik münasibətlərdə yeni mərhələ başlayır. Prezidentin son təyinat sərəncamına əsasən, hazırda Kiyevdə səfir vəzifəsində çalışan Mustafa Levent Bilgen Türkiyənin İslandiyanın paytaxtı Reykjavikdə fəaliyyət göstərəcək ilk səfiri təyin olunub.
Referans MEDİA xəbər verir ki, bu qərarla Ankara ilk dəfə İslandiyada daimi diplomatik nümayəndəlik açacaq və iki ölkə arasındakı münasibətlər birbaşa diplomatik kanallar vasitəsilə həyata keçiriləcək.
İndiyə qədər Türkiyə ilə İslandiyanın qarşılıqlı səfirlikləri yox idi. İki ölkə arasında diplomatik əlaqələr Oslodakı Türkiyə səfirliyi və Oslodakı İslandiya səfirliyi vasitəsilə həyata keçirilirdi.
