Türkiyə xəritəsi sarıya boyandı – Bu şəhərlərdə yaşayanların diqqətinə!

Türkiyə Meteorologiya Baş İdarəsi 8 yanvar 2026-cı il üçün hava proqnozunu açıqlayıb. Məlumata görə, ölkə üzrə sarı xəbərdarlıq elan edilib. Xəbərdarlıq əsasən Marmaranın qərbi, Egey və Qərbi Aralıq dənizi bölgələrində güclü yağış və fırtına, Şərqi Qara dənizin yüksək əraziləri ilə Şərqi Anadolunun şərqində isə uçqun təhlükəsi ilə bağlıdır.

Referans Media xəbər verir ki, proqnozlara əsasən, Türkiyə ərazisinin böyük hissəsində hava buludlu olacaq. Marmara, Egey, Qərbi Aralıq dənizi, İç Anadolu, Qara dəniz, Şərqi Anadolunun qərbi və Mersin ətrafında yağış və leysan, bəzi bölgələrdə isə sulu qar və qar gözlənilir.

Yağıntıların Marmaranın qərbi, Egey, Qərbi Aralıq dənizi və Konya vilayətinin cənub və qərb hissələrində güclü olacağı bildirilir. Küləyin Marmara, Egey, Qərbi Aralıq dənizi, İç Anadolu və Qara dəniz bölgələrində cənub istiqamətindən güclü, fırtına şəklində (60–90 km/saat) əsəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında buzlanma və şaxta riski var.

Güclü yağış xəbərdarlığı edilib. Qərb bölgələrində sel, su basması və nəqliyyatda çətinliklər yarana bilər. Güclü külək və fırtına olacaq. Dam uçmaları, ağac aşmaları və nəqliyyatın iflic olması riski mövcuddur. Buzlanma və şaxta ilə bağlı ərizdə yaşayanlara ciddi xəbərdarlıq edilib. Xüsusilə şərq bölgələrində sürücülərin diqqətli olması tövsiyə olunur.

Meteorologiya idarəsi vətəndaşları mümkün fəsadlara qarşı ehtiyatlı və tədbirli olmağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki