Türkiyədə avtobus aşdı – Ölən və yaralanan var

Türkiyənin Adana vilayətində sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media unikal.az-a istinadən xəbər verir ki, Kozan rayonunda avtobus aşıb. Nəticədə 2 sərnişin ölüb, daha 19 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki