Türkiyədə benzin və dizelin qiyməti ucuzlaşdı

Türkiyədə vtomobil sahibləri yanacağın daim dəyişən qiymətlərindən narahatdırlar.

Dizel yanacağının qiyməti 2 həftə əvvəl iki dəfə artmışdı. Ötən həftə iki dəfə qiymət endirimi oldu. Benzin qiymətləri də endirilib. Benzin və dizel qiymətləri ilə bağlı son məlumatlar yayımlanıb.

Referans Media xəbər verir ki, avtomobil sahibləri yanacağın daim dəyişən qiymətləri qarşısında çaşqınlıq içində qalırlar.

Benzinin qiyməti orta hesabla litri 63 qəpik, dizelin qiyməti isə orta hesabla litri 2,4 lirə ucuzlaşıb. Endirimlər 28 noyabr 2025-ci il, cümə günündən etibarən tətbiq edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki