Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Türkiyənin İzmir şəhərinin Buca Bələdiyyəsində rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə əməliyyat keçirilib.

Referans Media  xəbər verir ki, əməliyyat çərçivəsində Buca Bələdiyyəsinin sədri Gorkem Duman və bir sıra digər şübhəlilər saxlanılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki