Türkiyədə dəhşət: Ana 5 yaşlı oğlunu dənizə ataraq öldürdü

Bursanın Mudanya rayonunda dəhşətli hadisə baş verib. 30 yaşlı S.G. adlı qadın, 5 yaşlı oğlu Muhammed Baran G.-ni yüzmək bahanəsi ilə dənizə ataraq onun ölümünə səbəb olub.

Referans Media xəbər verir ki, hadisə saat 16:00 radələrində Güzelyalı Yaxta Limanı ərazisində baş verib. İddiaya görə, ana əlindən tutduğu oğlunu dənizə atdıqdan sonra özü də suya tullanıb. Qısa müddət sonra qadın öz imkanları ilə sahilə çıxsa da, uşağı xilas edə bilməyib.

Hadisə yerinə çağırılan dəniz polisi və təcili tibbi yardım briqadaları 5 yaşlı Muhammed Baran G.-nin cansız bədənini sudan çıxarıb. Cəsəd, Respublika prokurorunun yoxlamasından sonra Mudanya Dövlət Xəstəxanası morquna yerləşdirilib.

S.G.-nin ilkin ifadəsində psixoloji problemləri olduğunu, uşağı ilə birlikdə dənizə atıldığını etiraf etdiyi bildirilib: “Psixoloji problemlərim vardı. Üzmək istəyirdik, sonra ölümü düşündük. Uşağı dənizə atdım, sonra özüm də tullanıb çıxdım. Amma onu çıxara bilmədim. Peşimanam” – deyə qadın bildirib.

Polis tərəfindən saxlanılan S.G.-yə qarşı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. Hadisə ilə bağlı genişmiqyaslı istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki