Türkiyədə dəhşətli ölüm: Metan qazından zəhərləndi

Aydının Efeler rayonunda qanunsuz qazıntı aparan şəxs xəzinə axtarmaq məqsədilə girdiyi tuneldə metan qazından zəhərlənərək dünyasını dəyişib.

Referans Media xəbər verir ki, hadisə saat 04:00 radələrində Kalfaköy məhəlləsində baş verib. İddiaya görə, Sezer Ayhan və dostu T.Y. (44) digər şəxslərlə birlikdə xəzinə tapmaq məqsədilə qanunsuz qazıntı aparıblar. Təxminən 20 metr uzunluğunda və dar olan tunelə daxil olan Ayhandan bir müddət xəbər ala bilməyən dostları vəziyyəti 112 qaynar xəttinə bildiriblər.

Hadisə yerinə jandarma ilə yanaşı Aydın və İzmir AFAD, JAK, UMKE və Jandarma Axtarış-Xilasetmə (JAK) qrupları cəlb olunub. Təxminən 14 saat davam edən xilasetmə işlərdən sonra Sezer Ayhanın cansız bədəni tapılıb.

Məlumata görə, Ayhan metan qazının təsiri altına düşüb və tunelin içindən çəkilən elektrik kabellərinin ayağına dolanması səbəbindən çıxışı tapa bilməyib. Onun meyiti Aydın Adnan Menderes Universiteti Xəstəxanasına aparılıb. Hadisə ilə bağlı T.Y. saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki