Uzun müddətdir RTÜK tərəfindən diqqət mərkəzində saxlanılan və açıq-saçıq məzmun iddiaları ilə gündəmdən düşməyən “Jasmine” serialı Türkiyədə yayımlanmayacaq.
Referans Media xəbər verir ki, “HBO Max” Türkiye, inzibati cəzaların ardından radikal qərar verərək serialı 18 Fevral Çərşənbə axşamı platformadan çıxarmaq qərarına gəlib.
“HBO Max” Türkiyə sosial media hesabından yayımlanan açıqlamada bildirilib ki, serial 18 Fevral Çərşənbə axşamı platformaya vida edəcək: “Jasmine 18 Fevral Çərşənbə axşamı HBO Max Türkiyəyə vida etsə də, başqa ölkələrdə yayımlanmağa davam edəcək. Üzülmürük və deyirik ki, həmişə Yasemin bizimlədir.”
Qeyd edək ki, serialın beynəlxalq yayımı davam edəcək.
“Jasmine” yayımlandığı ilk gündən etibarən yetkinlər üçün nəzərdə tutulmuş məzmunu, cəmiyyət üçün həssas mövzuları zorlayan anlatımı və açıq-saçıq səhnələri ilə geniş ictimai rezonans yaradıb. RTÜK tərəfindən verilən inzibati cəzanın ardından serial, Türkiyədə ən çox müzakirə edilən və tənqid olunan layihələrdən biri olub.
Serial, ölümcül ürək xəstəliyi ilə mübarizə aparan Yaseminin həyat uğraşını əks etdirir. Orqan transplantasiyası siyahısına daxil ola bilmək üçün zamana qarşı yarışan Yasemin, həyat ümidini qorumaq üçün emosional və psixoloji təzyiqlər arasında mübarizə aparır.
Hekayənin mərkəzində isə Yaseminə ən böyük dəstəyi verən ögey qardaşı Tufanın sərhədləri aşan və getdikcə obsesiyaya çevrilən hissləri yer alır. Bu münasibət, iki obrazı qaranlıq və çıxılmaz bir əlaqələr toruna sürükləyir.
Serialın baş rollarında Asena Keskinci və Burak Can Aras iştirak edir.
