Türkiyədə qandonduran hadisə: arvadını odunla döyərək öldürdü

Türkiyənin Gümüşhane vilayətinin Torul rayonunda dəhşətli hadisə baş verib. Torul ərazisində 27 yaşlı Halis Pekin evlərinin qarşısında həyat yoldaşı 26 yaşlı Arzu Pekin ilə mübahisə edib.

Referans Media xəbər verir ki, mübahisə qısa zamanda böyüyərək davaya çevrilib. İddialara görə, kişi odun parçaları ilə arvadına ağır xəsarətlər yetirib.

Aldığı zərbələr nəticəsində gənc qadın hadisə yerində həyatını itirib. Hadisədən sonra şübhəli şəxsin avtomobili ilə qaçdığı, lakin daha sonra nəqliyyat vasitəsini yolda tərk etdiyi müəyyən edilib.

Təhlükəsizlik qüvvələri cinayətkarı saxlamaq üçün genişmiqyaslı əməliyyat aparır. Hadisə ilə bağlı istintaq davam edir və bölgədə axtarış tədbirləri gücləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki