Türkiyədə qasırğa oldu: xəsarət alanlar var - VİDEO

Türkiyənin Çorum vilayətinin Sunqurlu rayonunda qasırğa nəticəsində evlərə ziyan dəyib, 5 nəfər yaralanıb.
 
Referans Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
 
Qeyd olunub ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları cəlb olunub: pizza mizza
 
"İlkin məlumata görə, bəzi evlərin dam örtüklərinin uçduğu, ağacların və elektrik dirəklərinin aşdığı müəyyən edilib",- məlumatda qeyd olunub.
 
Hazırda kəndlərdə dəyən ziyanın qiymətləndirilməsi və təmizlik işlərinə başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki