Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı: bu ölkəyə aiddir

Türkiyənin Ordu vilayətinin Ünyə rayonunda sahildə pilotsuz sualtı aparat tapılıb.

Referans Media  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, sualtı aparatın içində təxminən 2 tona yaxın sursat olub:

“Sözügedən vasitənin ABŞ-ın “Sierra Nevada Corporation” (SNC) şirkəti tərəfindən hazırlanmış AEGIR adlı insansız dəniz vasitəsi olduğu müəyyən edilib.

Bildirilib ki, İDV aidiyyəti qurumlar tərəfindən aparılacaq araşdırmadan sonra 2 mil (3218 metr – red.) metr açıqda məhv ediləcək”.

Sözügedən İDV-nin Ukrayna tərəfindən Rusiyaya qarşı istifadə edildiyi, hansısa bir səbəbdən sürüklənərək Türkiyə sahillərinə çatdığı deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki