Türkiyə hüquq-mühafizə orqanları FETÖ-nün fəaliyyəti ilə bağlı aparılan araşdırmalar çərçivəsində 5 vilayətdə 12 nəfəri saxlayıb.
Referans Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Əməliyyatlar Ədirnə, İstanbul, Bursa, Biləcik və Çanaqqalada aparılıb. Saxlanılanlar Ədirnə Trakya Universitetinin tələbələri və məzunlarıdır.
“Silahlı terror təşkilatına üzv olmaqda” şübhəli bilinən şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı rəqəmsal materiallar ələ keçirilib.





















