Türkiyə Meteorologiya Xidməti 3 dekabr 2025-ci il üçün hava proqnozunu açıqlayıb. Mərmərə, Egey, Mərkəzi Anadolu, Qara dənizin daxili hissələri, Şərqi Anadolu və Cənub-Şərqi Anadolunun şimalında duman gözlənilir.
Referans Media xəbər verir ki, Türkiyə Meteorologiya Xidmətinin proqnozlarına görə, ölkə ərazisində yağıntı gözlənilmir.
Şimal və qərb bölgələrində qismən buludlu, digər ərazilərdə isə buludlu və aydın olacağı gözlənilir. Səhər və gecə saatlarında Mərmərə, Egey, Mərkəzi Anadolu, Daxili Qara dəniz bölgəsi, Şərqi Anadolu və Cənub-Şərqi Anadolunun şimalında duman gözlənilir.
