Türkiyədən 1 milyard avroluq hərbi həmlə

  Türkiyə hava hücumundan müdafiəni gücləndirmək üçün 1,65 milyard avro ayırmağa qərar verib.Referans xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Bildirilir ki, Türkiyənin aparıcı müdafiə şirkəti “Aselsan” və ölkənin Müdafiə Sənayesi İdarəsi 1,65 milyard avro dəyərində hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün müqavilə imzalayıb.

Bu müqaviləyə əsasən tədarüklər 2027-2031-ci illər arasında həyata keçiriləcək.//Globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki