Türkiyədən Hindistana sərt cavab: “Rədd edirik”

  Hindistanın bəzi media qurumları ölkədə baş verən terror hadisələrində Türkiyənin iştirakına dair yazılar dərc ediblər. Türkiyənin Əks-Dezinformasiya Mərkəzi bu iddialarla bağlı rəsmi açıqlama yayıb.

Mərkəz bu cür iddiaların əsassız olduğunu və reallığı təhrif etməyə və Türkiyənin nüfuzuna xələl gətirməyə yönəldiyini vurğulayıb.

Ankara Hindistan mediasını bu cür ittihamları dərc etməzdən əvvəl məsuliyyət daşımağa və faktları yoxlamağa çağırıb.//Globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki