Tutulan mafiozla bağlı ŞOK FAKTLAR:Fahişəxanaları idarə edirmiş

  Bu günlərdə Türkiyədə həbs edilən məşhur mafioz Necatı Arabaçını çox adam tanımır. Tanıyanlar da oğru, vor və s kimi fəaliyyətlə məşğul olur deyə tanıyırlar. Amma bu adam bildiyiniz böyük bir mafioz, gangsterdir. Avropada böyük cinayətlərə imza atıblar, bəzən hətta polis belə yaxın dura bilmir. 2002-ci ildə Almaniyada tutulanda 9 il iş kəsən hakimə qarşı sui-qəsd edib. Bundan sonra hakim polis nəzarətində yaşamağa məcbur qalıb.

Referans.az xəbər verir ki, Necatı Arabaçı 1972-ci ildə Almaniyada anadan olub.

Arabacının cinayət keçmişi 2000-ci illərin əvvəllərinə gedib çıxır, o, 2002-ci ildə dələduzluq, insan alveri, hücum, qəsb və qanunsuz silah saxlama kimi ciddi ittihamlarla Almaniyada həbs edilib. 2004-cü ildə o, təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan sonra Arabaçının adamları iş kəsən hakimə qarşı sui-qəsd həyata keçiriblər. Alman polisi bu cinayətin dəmir barmaqlıqlar arxasından təşkil etdiyi planın üstünü açıb. Lakin hüquqi texniki şərtlərə və rəsmi stenoqramlarda səhv tərcümələrə görə o, bu əlavə ittihamlardan bəraət alıb (hamısı qorxub işi bağlayıblar)/oxu24.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki