U-20 millisini Arif Əsədov çalışdıracaq? – Özündən AÇIQLAMA

AFFA millimizi Özbəkistan və Azərbaycanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatı – 2027-yə kimin hazırlayacağını hələ müəyyənləşdirməyib.

Referans Media xəbər verir ki, dünən keçirilən İcraiyyə Komitəsinin iclasında yeni baş məşqçinin açıqlanması gözlənilirdi. Lakin nə A milli ilə bağlı suallara aydınlıq gəlib, nə də U-20 yığmanın baş məşqçisi bəlli olub.

Buna baxmayaraq, AFFA rəhbərliyi bu posta əsas namizədini seçib.

Hazırda 20 yaşadək futbolçulardan ibarət yığmamızı çalışdırmağa ən iddialı mütəxəssis Arif Əsədovdur. 55 yaşlı Əsədovun əvvəllər U-19 və A millidə uzun müddət çalışması milli assosiasiyanın seçiminə böyük təsir edib.

Məsələ ilə bağlı Arif Əsədovun özü ilə əlaqə saxlasaq da, mütəxəssis Bizim.Media-ya açıqlamasında məsələdən məlumatsız olduğunu bildirib:

“Bu məsələ ilə heç bir məlumatım yoxdur. Ona görə də nəsə deməyə ehtiyac görmürəm”

Qeyd edək ki, Arif Əsədov 2024-cü ilin yayında əsas millidən ayrıldıqdan bəri işsizdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki