U-21 millimizin yeni baş məşqçisi açıqlandı

  21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub.

Referans.az  xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Bildirilib ki, U-21 komandamı əsas millinin ehtiyat bazası hesab olunur. Bu səbəbdən U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq.   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki