Üç rayonu əhatə edən kanala suyun verilişi dayandırıldı

Cənubi Muğan kanalına suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.

Referans Media “Report”a istinadla xəbər verir ki, buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılan təmir-bərpa işləridir.

Kanala suyun verilişinin 10–12 gün müddətində bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal İmişli, Biləsuvar və Cəlilabad rayonlarında istifadə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki