Ucarda dəhşətli hadisə: Oğul anasını traktorla vuraraq öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb. 

 
Referans Media xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 

 
Ucar şəhər sakini, 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub. 

 
Ağır xəsarət alan A. Abbasova həyatını itirib.

 
Faktla bağlı araşdırma aparılır./Sfera.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki