UEFA Çempionlar Liqası: gecənin OYUNLARI

UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turu bu gün start götürür.

Referans Media  xəbər verir ki, turun ilk oyun günündə azarkeşləri 9 qarşılaşma gözləyir. Günün ən diqqətçəkən duelinin İtaliyada keçiriləcəyi bildirilir. Belə ki, “İnter” öz meydanında İngiltərənin güclü təmsilçisi “Arsenal”la üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VII tur

19:30 “Kayrat” (Qazaxıstan) – “Brügge” (Belçika)

21:45 “Budyo Qlimt” (Norveç) – “Mançester Siti” (İngiltərə)

00:00 “Kopenhagen” (Danimarka) – “Napoli” (İtaliya) “İnter” (İtaliya) – “Arsenal” (İngiltərə) “Olimpiakos” (Yunanıstan) – “Bayer 04” (Almaniya) “Real” (İspaniya) – “Monako” (Fransa) “Sportinq” (Portuqaliya) – PSJ (Fransa) “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) “Vilyarreal” (İspaniya) – “Ayaks” (Niderland)

Qeyd edək ki, VII turda keçiriləcək bu qarşılaşmalar cədvəldəki vəziyyətə ciddi təsir göstərə və pley-off mərhələsinə vəsiqə uğrunda mübarizəni daha da gərginləşdirə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki