UEFA Çempionlar Liqası: “Qarabağ”ın pley-offdakı rəqibi bəlli olub

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

Referans Media  xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkatmanın nəticəsinə əsasən təmsilçimizin rəqibi “Nyukasl” olub.

“Qarabağ” ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin görüşləri fevralın 17-18-i və 24-25-də baş tutacaq.

“Köhlən atlar” bu raundu adlayacağı təqdirdə 1/8 final mərhələsində “Barselona” (İspaniya) və ya “Çelsi”yə (İngiltərə) rəqib olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki