Çempionlar Liqasının 7-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Ayntraxt” matçının (3:2) ən yaxşısı müəyyənləşib.
Referans Media xəbər verir ki, UEFA “Man of the match” mükafatını Ağdam klubunun hücumçusu Kamilo Durana verib.
Mükafat matçdan dərhal sonra kolumbiyalı oyunçuya təqdim olunub.
Duran matçın 4-cü və 80-ci dəqiqələrində qol vurub.
