Ukrayna çətin durumda: böyük hücum başladı

  Rusiya Silahlı Qüvvələri avqustun 31-nə keçən gecə Ukrayna ərazisinə iri raket zərbələri endirib.

Bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

“Gecə hücumu zamanı Kh-101 raketlərindən istifadə edilib. Əsas zərbə Odessa vilayətinə dəyib. Limanlar, gəmi təmiri zavodu, anbarlar və hərbi obyektlər atəşə tutulub.  İliçevskdə rayonun bir hissəsi işıqsız qalıb”, – deyə bildirilib.

Bundan əlavə, raket yanacağı istehsalı zavodunun yerləşdiyi Pavloqradda, eləcə də Dnepropetrovsk vilayətinin kənarında partlayışlar baş verib./globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki