Ukrayna güzəştə getməyə hazır olduğunu bəyan etdi

Ukrayna tərəfi sülh razılaşmasının bəzi məsələləri üzrə güzəştə getməyə hazırdır.

Referans Media xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, detalları xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa açıqlayıb.

“Biz konsensusa çatmışıq və bəzi məsələlər üzrə güzəştə gedə bilərik”, – o bildirib.

Nazir müavinin sözlərinə görə, əsas dəyişikliklər rəhbərlik səviyyəsində razılaşdırılmalıdır. Kislitsa qeyd edib ki, Cenevrədə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar gərgin keçib.

Xatırladaq ki, İsveçrənin paytaxtında Ukrayna və ABŞ nümayəndələri arasında görüş keçirilib.

Daha sonra ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanmış sülh planının tam şəkildə yenidən işlənməsi barədə məlumatlar yayılıb. Sənəd 28-dən 19-a endirilib./globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki