Ukrayna Krım və Donbasla bağlı nöqtəni qoydu – Sibiqa açıqladı

Ukrayna Rusiyanın Krım və Donbas üzərində suverenliyini heç vaxt tanımayacaq. 

Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Reuters” agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, prinsip məsələsidir və beynəlxalq hüququn pozulması hesab olunur.

Sibiqa əlavə edib ki, istənilən ölkənin Donbası və Krımı Rusiyanın bir hissəsi kimi tanıması hüquqi baxımdan etibarsız olacaq.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Moskvadan gələn bütün iddiaları rədd etmiş və ərazilərin Ukrayna əraziləri olaraq qaldığını vurğulamışdı.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki