Rusiyanın Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavoduna Ukrayna Hərbi Hava Qüvvələrinin “Neptun” qanadlı raketləri ilə endirilən zərbələr nəticəsində neftin ilkin emalı üçün nəzərdə tutulan AVT-1 və AVT-2 qurğuları vurulub, ardınca müəssisənin ərazisində yanğın baş verib.
Referans Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargah həmçinin Krasnodar vilayətində yerləşən İlski neft emalı zavoduna hücumu da təsdiqləyib.
Məlumatda qeyd olunur ki, Kirov vilayətindəki “Lazaryevo” stansiyasına endirilən zərbə nəticəsində ərazidəki mühüm obyektlər zədələnib. Bundan başqa, Saratov neft emalı zavodunda neftin ilkin emalı üçün istifadə olunan AVT-6 qurğusu vurulub./teleqraf
