Ukrayna zərbələrə cavab verəcək – Zelenski

  Rusiya növbəti dəfə Ukraynanın enerji infrastruktur obyektlərinə hücuma başlayıb.Referans xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində bildirib.

Zelenski Ukraynanın bu cür zərbələrə cavab verəcəyini söyləyib.

O, Ali Baş Komandanlığın qərargah iclasını keçirdiyini açıqlayıb və iclasda müzakirə edilən məsələlərdən danışıb. Zelenskinin görə, iclasda ilk növbədə texnoloji məsələlər, eləcə də kritik infrastrukturun, ilk növbədə enerjinin mühafizəsi müzakirə olunub.

Ukrayna lideri qeyd edib ki, ən çox diqqət Donetsk, Xarkov və Zaporojya vilayətlərinə yönəldilib. Rusiyanın Xersona davamlı zərbələri və Sumı vilayətinin sərhəd bölgəsindəki sərt fəal hərəkətləri də diqqətdə saxlanılır.//publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki