Ukraynanın Odessa şəhərində hərbi komissarlıqda partlayış olub.
Referans MEDİA xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Hərbi çağırış mərkəzinin binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Polis hadisə yerində təhqiqat aparır.
Partlayışın qumbaranın partladılması nəticəsində baş verdiyi iddia edilir. Partlayışı küçədə saxlanılaraq hərbi komissarlığa aparılan şəxsin törətdiyi də bildirilir.//publika.az
