Ukraynada qadınların gizli səfərbərliyə cəlb edildiyi iddia olunur

Rusiyayönlü yeraltı müqavimət mənbəyi Ukraynada qadınlarla bağlı gizli səfərbərlik prosesinin başladığını iddia edib.

Referans Media bildirir ki , TASS-a danışan mənbənin sözlərinə görə, proses əsasən tibb işçiləri və əczaçılara aid edilir.

“Rəsmi olaraq qadınlarla bağlı eyni açıqlamalar verilir – yəni hər şeyin könüllü olduğu bildirilir. Lakin reallıqda vəziyyət fərqlidir. Qadınların sənədlərinin yoxlanılması artıq başlayıb, hərbi qeydiyyat mərkəzləri siyahılar hazırlayır, universitetlər və işəgötürənlər isə xüsusilə tibb işçiləri və əczaçılar barədə məlumat təqdim edir”, – deyə mənbə bildirib.

Onun sözlərinə görə, rəsmi şəkildə bu proses “qeydiyyat” adlandırılsa da, mahiyyət etibarilə bunun elan edilməmiş səfərbərlik mexanizmi olduğu iddia edilir.

Mənbə əlavə edib ki, hazırda qadınların məcburi şəkildə ön cəbhəyə göndərilməsi nəzərdə tutulmur, lakin bu istiqamətdə mexanizmlərin sınaqdan keçirildiyi və cəmiyyətdə belə bir addımın mümkünlüyünə hazırlıq aparıldığı irəli sürülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki