Ukraynadan daha bir UĞURLU ƏMƏLİYYAT –  ANBAAN VİDEO

  Ukrayna müdafiə qüvvələri müvəqqəti işğal altında olan Donetskdəki hava limanı ərazisində yerləşən “Şahed” dronlarının komplektləşdirilməsi və buraxılış bazasını məhv ediblər.

Referans.az  UNIAN-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər komandanı Robert (“Madyar”) Brovdi yayıb.

Onun sözlərinə görə, bu mürəkkəb hədəfin məhv edilməsi uzunmüddətli və dəqiq planlaşdırılmış əməliyyat nəticəsində mümkün olub və əməliyyat bir neçə ay davam edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki