Ukraynadan DƏHŞƏTLİ HÜCUM: Rusiyada fövqəladə vəziyyət ELAN EDİLDİ

Ukrayna Silahlı Qüvvələrinin (UAF) hücumundan sonra Taqanroqda fövqəladə vəziyyət elan edilib.

Referans Media  xəbər verir ki, bu barədə , şəhər meri Svetlana Kambulova “Telegram” kanalında bildirib.

“Fövqəladə hallara cavab qrupu yaradılıb. Şəhərimizə kütləvi hava zərbəsinin nəticələrini aradan qaldırmaq üçün komissiya artıq işləyir”, – mer yazıb.

Məlumata görə, pilotsuz təyyarələrin zərbələri nəticəsində bir neçə yaşayış binası, bir fərdi yaşayış evi, iki sənaye müəssisəsi, 17 nömrəli uşaq bağçası və Mexanika Kollecinin binası zərər görüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki