Ukraynadan sonra növbə İrana çatdı – Trampdan qərar

  ABŞ 100-ə yaxın İran vətəndaşını deportasiya edib.

Referans.az  xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

“Deportasiya olunmuş iranlıları daşıyan çarter reysi sentyabrın 29-da axşam Luizianadan yola düşüb və  sentyabrın 30-da Qətərdə istirahət etdikdən sonra  İrana çatması planlaşdırılır.

 Rəsmilər bildiriblər ki, İran Xarici İşlər Nazirliyi deportasiya edilmiş vətəndaşların geri qaytarılmasını koordinasiya edir. Onların təhlükəsizliyinə və heç bir problemin olmadığına əmin olublar”, – deyə qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl ABŞ ilk ukraynalıları ölkədən deportasiya edib./globalinfo  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki