Ukraynanın enerji sistimi çökmə təhlükəsi ilə üz-üzə

Mütəxəssislər son zamanlar Ukrayna üçün vəziyyətin xüsusilə ağır olduğu kontekstində razılaşırlar.

“Referans MEDİA”nın xəbərinə görə, Vaşinqton Post (WP) qəzeti öz mənbələrinə istinad edərək bildirib ki, Ukraynanın enerji sistimi çökmə təhlükəsi ilə üz-üzədir. Hücumlar şərq-qərb elektrik ötürmə sistemlərini tamamilə işlək vəziyyətdən çıxarmaq təhlükəsi yaradır və bu, ölkəni faktiki olaraq iki yerə bölə bilər.

Qəzetə danışan adının bilinməsini istəməyən Avropa diplomat bildirib: “Biz ölkənin şərqində tamamilə elektrik enerjisindən məhrum olma vəziyyətinin astanasında, yaxud ona çox yaxınıq”. Vaşinqton Postun məlumatına görə, mütəxəssislər son zamanlar Ukrayna üçün vəziyyətin xüsusilə ağır olduğu qənaətindədir. Qəzetə danışan bir mənbə bildirib: “İndi Kiyevdə tam bir elektrik enerjisi kəsintisindən bir addım uzaqdayıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki