Azərbaycanda uşaq sərnişinlərin avtomobildə daşınması ilə bağlı qanunvericilikdə müəyyən tələblər mövcuddur. Bu tələblər çərçivəsində ən çox maraq doğuran məsələlərdən biri də uşaqların avtomobilin ön oturacağında neçə yaşından əyləşə bilməsidir.
Mövzu ilə bağlı mediaya hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, avtomobilin ön oturacağında əyləşmə ilə bağlı yaşa görə birbaşa qadağa nəzərdə tutulmayıb. Onun sözlərinə görə, uşaqlar 12 yaşından etibarən avtomobilin ön oturacağında müstəqil şəkildə əyləşə bilərlər.
Tağı Hüseynovun sözlərinə görə, 12 yaşdan aşağı uşağın xüsusi oturacaq olmadan avtomobildə daşınması İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə ilə nəticələnir.
Hüquqşünas valideynləri və sürücüləri uşaqların təhlükəsizliyini təmin etmək üçün mövcud qaydalara ciddi şəkildə riayət etməyə çağırıb.
