Vaqif Vəliyevin son durumu açıqlandı

  Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhəti stabil olaraq qalır.

Referans bildirir ki, bu barədə Teleqraf-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

Səbuhi Vaqifoğlu qeyd edib ki, atasının müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam edir.

 Vaqif Vəliyev sentyabrın 26-da ağır sepsis, septik şok, ağciyərlərin hər ikisində pnevmoniya diaqnozu ilə xəstəxanaya daxil olub.

Sentyabrın 29-da süni tənəffüs aparatına qoşulub, oktyabrın 7-də aparatdan ayrılıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki