«Neftçi»nin yeni baş məşqçisi Yuri Vernidubun futbolçulardan əsas tələbi məlum olub.
Təcrübəli mütəxəssis komanda üzvlərindən 90 dəqiqə meydanda hərəkət etməyi istəyib.
Bugünlərdə bakılılarla 1,5 illik müqavilə bağlamış 59 yaşlı çalışdırıcı az qaçan, hər top uğrunda sonadək çarpışmayan, ikili mübarizələrdən yayınan oyunçulara əsas heyətdə şans verməyəcəyi barədə xəbərdarlıq edib.
Ukraynalı «ağ-qaralar»a son olaraq çalışdırdığı «Krivbass»ı misal çəkib. Bildirib ki, Krivoy Roq təmsilçisi onun başçılığı altında 2024-cü ildə uğurlu mövsüm keçirib və ölkə çempionatında üçüncü yer tutub.
Vernidub «Krivbass»ın bir matçından nümunə gətirib. Əvvəlki komandasının ən pis halda oyun ərzində 118 min metr qaçdığını xatırladıb və müqayisə aparıb.
