Moskva dəfələrlə Yaxın Şərqdə vəziyyətin qəsdən qeyri-sabitləşdirilməsi cəhdlərinin qlobal enerji bazarlarına mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edib.
Referans Media globalinfo.az-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, regionda gərginliyin artırılması nəticədə dünya bazarında neft və qaz qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilər.
Putin qeyd edib ki, Rusiya mövcud vəziyyətə baxmayaraq, enerji bazarında etibarlı tərəfdaş kimi qalmaq niyyətindədir.
“Biz etibarlı alıcı olan ölkələrə neft və qaz tədarük etməyə davam edəcəyik”, – deyə Rusiya prezidenti vurğulayıb.























